Prezident İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb.https://t.co/KslWFR5hBl pic.twitter.com/kNeWDzgpfR
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) February 18, 2023
İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb
2023,
İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.
İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan “Leonardo” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etdi.
Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdı, “Ansaldo Energia” şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd etdi.
Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfə verdiyini vurğuladı.
“Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirdi. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını dedi.
Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirdi.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/58990
Prezident İlham Əliyev Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb.https://t.co/KslWFR5hBl pic.twitter.com/kNeWDzgpfR
— Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (@YAP_1992) February 18, 2023
Birleşik Rusya, “Rusya’nın Gücü” maratonu için Tyumen Bölgesi ve Stavropol Bölgesi’nde spor etkinlikleri düzenledi
«Единая Россия» провела окружной форум «Управдом» в Енакиево ДНР
Birleşik Rusya, Donetsk Halk Cumhuriyeti’nin Yenakiyevo kentinde “Ev Yöneticisi” başlıklı bir bölge forumu düzenledi
Gaziler için iş imkanları yaratılması ve gazilerin dul eşleri için sosyal sözleşmelerde ihtiyaç temelli kriterlerin kaldırılması: Birleşik Rusya Kadın Hareketi aktivistleri Vologda’da Halk Programı için öneriler sundu
İŞ İNSANI MEHMET ŞEKER`DEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI
Çukotka’da, yeni Birleşik Rusya Halk Programı için bölge sakinlerinin önerileri toplandı