
Almaniyada Azərbaycan musiqisinə həsr olunmuş konsert keçirilib
2025
Almaniyada Azərbaycan musiqisinə həsr olunmuş konsert keçirilib
Almaniyanın Mönhenqladbax şəhərində Azərbaycan musiqisinə həsr edilmiş iki hissəli konsert keçirilib. Konsert Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, tanınmış vokal ifaçısı Vüsalə Cabirin təşəbbüsü ilə gerçəkləşən “Multikultural nostalji axşamı” adlı layihə çərçivəsində təşkil olunub.
https://x.com/DiasporaAz/status/1909524911099429025
“Multikultural nostalji axşamı” layihəsi artıq bir neçə ildir davam edir. Layihənin məqsədi müxtəlif xalqları musiqi vasitəsilə birləşdirmək, Azərbaycan musiqisini beynəlxalq səviyyədə tanıtmaq və yaymaqdır.
https://x.com/DiasporaAz/status/1909524911099429025
Konsertin birinci hissəsində “Könül Dostları” xor qrupu Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbu-Hicran” xor səhnəsini, Qulu Əsgərovun “Gəlmədin yar” romansını, “Bu qala daşlı qala” xalq mahnısını və müxtəlif türk xalq musiqilərini ifa edib.
İkinci hissədə, Vüsalə Cabir pianoçu Səbinə Məmmədova və “Qala” qrupunun müşayiəti ilə Fikrət Əmirov, Səid Rüstəmov, alman bəstəkar Teo Makeben və italyan bəstəkar Vinçenzo Di Kiaranın əsərlərini səsləndirib. Musiqi nömrələri müxtəlif dillərdə və janrlarda təqdim olunub və böyük maraqla qarşılanıb.
https://x.com/DiasporaAz/status/1909524911099429025
Konsertdə Almaniya, Fransa və Niderlanddan olan azərbaycanlı diaspor nümayəndələri ilə yanaşı, Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri də iştirak edib. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxışında Vüsalə Cabirin Azərbaycan musiqisinin Avropada təbliğindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirib və ona fəxri fərman təqdim edib.
https://x.com/DiasporaAz/status/1909524911099429025
Hal-hazırda Almaniyada fəaliyyətini davam etdirən Vüsalə Cabir “Könül Dostları” Mədəniyyət Dərnəyində xor rəhbəri, səs müəllimi və solist kimi çalışır. O, 2005-ci ildə “Muğam” Televiziya Müsabiqəsinin laureatı olaraq tanınıb.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-azerbaycan-musiqisine-hesr-olunmus-tedbir-kecirilib-5707
https://x.com/DiasporaAz/status/1909524911099429025

При участии «Единой России» астраханские активисты плетут 100-метровую маскировочную сеть

Stavropol Krayı’nda Birleşik Rusya, sağlıklı bir yaşam tarzını desteklemek amacıyla çocuklar ve gençler için etkinlikler düzenledi

«Единая Россия» помогает обновить школы, детские сады и спортзалы в регионах страны

Birleşik Rusya, Gençlik Günü dolayısıyla bölgelerde şenlikli etkinlikler düzenledi

Встречи с ветеранами СВО, мастер-классы, эстафеты: «Единая Россия» провела мероприятия для молодёжи по всей стране

Vladimir Yakushev: Birleşik Rusya Yüksek Parti Okulu’nda 167 binden fazla kişi çevrimiçi eğitimi tamamladı