Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov ilə görüşünə dair mətbuat məlumatı
Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov ilə görüşünə dair mətbuat məlumatı
➡️https://t.co/BwaxfndklL pic.twitter.com/BbpC2Q62rD
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 20, 2023
No:217/23, Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov ilə görüşünə dair mətbuat məlumatı
20 aprel 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov ilə görüşünə dair mətbuat məlumatı
➡️https://t.co/BwaxfndklL pic.twitter.com/BbpC2Q62rD
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 20, 2023
Görüş zamanı, tərəflər Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda yüksək səviyyəli səmərəli əməkdaşlığı, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar.
Azərbaycan və Qazaxıstan arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən nazir Ceyhun Bayramov, bu möhkəm təməl üzərində qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb.
Nazir fəaliyyəti müddətində ölkələrimiz arasında mümasibətlərə verdiyi töhfəyə görə səfir Serjan Abdıkarimova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir, öz növbəsində diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişafından məmnun olduğunu diqqətə çatdıran səfir, gələcəkdə həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin davam edəcəyindən əminliyini ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no21723